RU

Olavio Juninyo ən sərrast hücumçular arasında 26-cı pillədə qərarlaşıb

2024-cü ilin ən yaxşı bombardirləri açıqlanıb. Sport24.az xəbər verir ki, İFFHS-in cədvəlinə milli və klub səviyyəli bütün turnirlərdə ən çox qol vuranlar yer alıb.
 
"Qarabağ"ın futbolçusu Olavio Juninyo da cədvələ daxil edilib. 2024-cü ilin arxada qalan 7 ayında 19 qol vuran braziliyalı hücumçu dünyada 26-cıdır. O, Premyer Liqada 7, ölkə kubokunda 5, avrokuboklarda 7 dəfə fərqlənib.
 
Olavio yeddi ay ərzindəki qol sayında argentinalı Lionel Messini də qabaqlayıb. Cənubi amerikalı 17 qolla 48-cidir. İFFHS-in cədvəlində yer alan Lautaero Martines, Robert Levandovski, Lük de Yonq, Pyer-Emerik Obameyanq, Fil Foden kimi ulduzlar da daha aşağı sıralardadır.
 
Qeyd edək ki, siyahıya Braziliya millisinin və "Flamenqo"nun hücumçusu Pedro başçılıq edir. O, 28 qola imza atıb.

Избранный
23
1
sport24.az

10Источники