Türkiyənin Adana vilayətinin Kozan rayonunda meşə yanğınına müdaxilə edən helikopter su götürərkən qəzaya uğrayıb.
Bu barədə Adana valisi Yavuz Səlim Köşger məlumat verib.
Qeyd olunur ki, ərazidəki meşə yanğınına müdaxilə etmək üçün iki helikopter havaya qalxıb.
"Onlardan biri su götürərkən qəzaya uğrayıb. Helikopterdə olan beş nəfərin hamısının səhhəti yaxşıdır", - vali vurğulayıb.
Mənbə: oxu.az
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az