Bayrağın yarıya qədər endirilməsi ilə əlaqədar Türkiyə səfirliyinin nümayəndəsi İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katz X sosial şəbəkə hesabında yazıb: "Türkiyənin İsraildəki səfirinin müavinini dəvət edildi. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə üçün matəm əlaməti olaraq Tel-Əvivdəki diplomatik nümayəndəlik binasındakı bayraq yarıya endirilib.
Türk bayrağının yarıya endirilməsindən sonra Xarici İşlər Nazirliyinin rəsmilərinə Türkiyənin İsraildəki səfirinin müavinini çağıraraq şiddətli töhmət verməyi tapşırmışam”, - deyə məlumatda bildirilir.