RU

"Yay Fest"in 3-cü düşərgəsi yekunlaşmaq üzrədir-FOTO

Dinamik, öyrədici və əyləncəli formatda yenidən başlayan, ölkənin ən böyük gənclər festivalı "Yay Fest"in 3-cü düşərgəsi artıq yekunlaşır.

“İki sahil” xəbər verir ki, bu il ümumilikdə 2000-dən çox gəncin iştirak edəcəyi "Yay Fest" Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "IDEA" İctimai Birliyi, COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Çadır tipli düşərgə formatında baş tutan "Yay Fest"-in başlıca məqsədi, dövlət gənclər siyasətinə uyğun olaraq, gənclərə müxtəlif sahələrdə geniş imkanlar yaratmaq və onların inkişafına kömək etməkdir. Bununla yanaşı, gənclərin asudə vaxtlarını səmərəli və maraqlı keçirmələrini təmin etmək, müxtəlif bölgələrdən gələn gənclərin şəbəkələşməsinə dəstək olmaqdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının və COP29 kimi mötəbər tədbirə ölkəmizin ev sahibliyi etməsinin vacibliyini nəzərə alaraq, builki düşərgədə seçilən mövzular ekologiya, ətraf mühitin mühafizəsi və COP29-a həsr olunub.

2019-cu ildən təşkil olunan festival 2 ay ərzində davam edəcək və müxtəlif mövzuları əhatə edən silsilə düşərgələrdən ibarət olacaq. Ötən illərdə olduğu kimi, bu il də tematik mövzulara uyğun 8 ardıcıl düşərgənin keçirilməsi planlaşdırılır. Bu festivalda ümumilikdə 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub və düşərgə iştirakçıları üçün bütün zəruri şərait təşkilatçılar tərəfindən yaradılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
91
31
ikisahil.az

10Источники