7NEWS.az xəbər verir ki, ABŞ İranın raket və İHA proqramlarını dəstəkləyən 7 şirkət və 5 nəfərə qarşı sanksiya tətbiq edir. ABŞ Maliyyə Nazirliyinin verdiyi açıqlamaya görə, İran Müdafiə və Silahlı Qüvvələrin Logistika Nazirliyinin (MODAFL) raket və İHA proqramlarına verdiyi töhfələrə görə İran və Çində yerləşən 7 şirkətə sanksiya tətbiq ediləcəyi bildirilib. Məsələ ilə bağlı 5 nəfərə sanksiya tətbiq ediləcəyi bildirilən açıqlamada İranın ballistik raket və İHA proqramlarının həm bölgədə, həm də dünyada mülki insanların həyatını təhlükəyə atdığı qeyd edilib.
7NEWS.az