Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən News365.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar:
"Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "8-ci kilometr bazarı"nın yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın məhdudlaşdırılıb və hazırda tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".