Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın cüdo millisinin daha bir üzvü bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Hafta.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev (Azərbaycan) 1/8 finalda Pyotr Kuçera (Polşa) ilə qarşılaşıb.
Kotsoyev bu gorüşdə qələbə qazanaraq (vaza-ari xalı ilə) yarımfinala çıxıb. Bu mərhələdə onun rəqibi Muzaffarbek Turoboyev (Özbəkistan) olub.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-dan başlanacaq.
Xatırladaq ki, Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 7-si mübarizəni artıq başa vurub. Həmin idmançılardan yalnız Hidayət Heydərov medal (qızıl) qazanıb.