AZ

Azərbaycanın cüdoçusu "Paris-2024"də yarımfinala çıxdı

Azərbaycanın cüdo millisinin daha bir üzvü bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

 

AzEdu.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan cüdoçumuz Zelim Kotsoyev 1/8 finalda İsraildən olan idmançı Peter Palçik ilə qarşılaşıb. 

 
 
 

Zelim Kotsoyev bu gorüşdə qələbə qazanaraq (vaza-ari xalı ilə) yarımfinala çıxıb. Bu mərhələdə onun rəqibi Muzaffarbek Turoboyev (Özbəkistan) olacaq. 

 

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-dan başlanacaq.

 

Qeyd edək ki, Zelim Kotsoyev əslən Şimali Osetiyadan olan milliləşdirlmiş idmançıdır. O, 2015-ci ildə cüdo üzrə Azərbaycan milli komandasının heyətinə cəlb edilib.



Xatırladaq ki, Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 7-si mübarizəni artıq başa vurub. Həmin idmançılardan yalnız Hidayət Heydərov medal (qızıl) qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
2
azedu.az

3Mənbələr