Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin və bələdiyyə nümayəndələrinin, könüllülərin iştirakı ilə Xəzər dənizinin Sumqayıt sahilində təmizlik aksiyası keçirilib.
Ekologiya.az bildirir ki, Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən aksiya zamanı sahil zolağı 300 kiloqramdan artıq tullantıdan təmizlənib.