AZ

Xəzər dənizinin Hövsan sahili tullantılardan təmizlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, TƏBİB, Suraxanı rayon İcra Hakimiyyəti, yerli bələdiyyə, “NARGİS” jurnalının nümayəndələri və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində təmizlik aksiyası keçirilib.Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən aksiya zamanı sahil zolağı 700 kiloqramdan artıq tullantıdan təmizlənib.Qeyd edək ki, “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə cəlb etmək məqsədilə hər həftənin 4-cü və 6-cı günləri ölkə ərazisinin dəniz və çay sahillərində, dağ-meşə ərazilərində iməciliklər keçirilir.

Seçilən
6
3
baku.news

4Mənbələr