RU

"Vətəndaşlardan doqquz silah götürüldü" - DİN

Polis əməkdaşları ötən gün vətəndaşlardan doqquz silah götürüblər.

Bu barədə Gundem.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

"İyulun 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 7 tüfəng, 1 patron darağı və 5 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd tüfəng aşkar edilərək götürülüb", - məlumatda bildirilib.(sfera.az)

Избранный
84
11
gundem.az

10Источники