RU

Pakistanda aramsız yağışlar həyatı iflic edib

Pakistanda leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 25 nəfər həyatını itirib.

''Dawn'' qəzetinin yaydığı məlumata görə, Hayber-Paxtunxva əyalətinin müxtəlif bölgələrində yağan leysan yağışları nəticəsində çox sayda evə ziyan dəyib.

Bölgədə yaşanan təbii fəlakət nəticəsində 22 nəfər ölüb, çox sayda insan yaralanıb, bəzi evlərə ziyan dəyib.

Hayber-Paxtunxva əyalətinin Kaqan bölgəsində yağan aramsız yağışlar səbəbindən körpünün uçması nəticəsində minlərlə turist Kaqan vadisində qapalı qalıb.

Sind əyalətində də yaşanan təbii fəkakət nəticəsində 3 nəfər həyatını itirib.

Baş nazir Şahbaz Şərif Milli Fəlakətlərin İdarə Olunması Agentliyinə (NDMA) musson yağışlarının vurduğu ziyana qarşı bütün lazımi tədbirləri görməsi ilə əlaqədar göstəriş verib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
1
trt.net.tr

2Источники