Pakistanda leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 25 nəfər həyatını itirib.
''Dawn'' qəzetinin yaydığı məlumata görə, Hayber-Paxtunxva əyalətinin müxtəlif bölgələrində yağan leysan yağışları nəticəsində çox sayda evə ziyan dəyib.
Bölgədə yaşanan təbii fəlakət nəticəsində 22 nəfər ölüb, çox sayda insan yaralanıb, bəzi evlərə ziyan dəyib.
Hayber-Paxtunxva əyalətinin Kaqan bölgəsində yağan aramsız yağışlar səbəbindən körpünün uçması nəticəsində minlərlə turist Kaqan vadisində qapalı qalıb.
Sind əyalətində də yaşanan təbii fəkakət nəticəsində 3 nəfər həyatını itirib.
Baş nazir Şahbaz Şərif Milli Fəlakətlərin İdarə Olunması Agentliyinə (NDMA) musson yağışlarının vurduğu ziyana qarşı bütün lazımi tədbirləri görməsi ilə əlaqədar göstəriş verib.