Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb .
Valyuta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.65 ABŞ dolları, yaxud da 1.98 % azalaraq 81.77 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin qiyməti 1.73 ABŞ dolları və ya 2.14 % azalaraq 79.14 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.