RU

Əks yolla ölümə gedən sürücü saxlanıldı: ÜZR VİDEOSU

Yevlax-Ağdam-Laçın yolunun 42-ci kilometrliyində yol hərəkəti qaydasını pozan sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, 31-BE-223 qeydiyyat nişanlı "VAZ 2106" markalı avtomobilin sürücüsü birtərəfli yolun əksi istiqamətinə çıxaraq yüksək sürətlə hərəkət edib.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları həmin sürücü ilə bağlı yayılan görüntünü araşdırıb və saxlanılması barədə verilən göstəriş dərhal icra olunub.

Rayon ərazisində saxlanılan sürücü 1992-ci il təvəllüdlü Hüseynov Mobil Rabil oğlu törətdiyi əməli etiraf edib və buna görə üzr istəyib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə sanksiyası tətbiq edilib.

 

 

Könül Rauf

Избранный
43
3
avtosfer.az

6Источники