İsrail Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkə ilə bağlı açıqlamalarından sonra NATO-nu Türkiyəni alyansdan çıxarmağa çağırıb.
Bu barədə İsrail XİN məlumat yayıb:
"Türkiyə Prezidenti Ərdoğanın İsrailə qoşun yeritmə təhdidləri və onun təhlükəli ritorikasını nəzərə alaraq, xarici işlər naziri İsrael Kats diplomatları Türkiyəni qınamağa çağıraraq və onun regional ittifaqdan çıxarılmasını tələb edərək təcili olaraq bütün NATO üzvləri ilə əlaqə saxlamağı tapşırıb".
Bundan əvvəl Ərdoğan Türkiyənin İsrailə qoşun yeridə biləcəyini demişdi. Onun sözlərinə görə, belə addımlar atmaq üçün Türkiyə güclü olmalıdır.
Mənbə: oxu.az
Digər SİYASƏT xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az