Qarabağ Universitetinə prorektorlar təyin olunub.
"Qafqazinfo” xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Belə ki, Nərgiz İsmayılova ali təhsil müəssisəsinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov isə elm və innovasiya məsələləri üzrə prorektoru vəzifələrinə təyin olunublar.
www.anews.az