Türkiyənin Milli Kəşfiyyat Təşkilatı terror təşkilatı olan PKK-ya qarşı uğurlu əməliyyatlarını davam etdirir.
Medianews.az xəbər verir ki, MİT İraqın şimalında keçirdiyi əməliyyatla Türkiyə Silahlı Qüvvələrinin əməliyyat bölgəsinə hücum hazırlığında olduqları müəyyən edilən PKK/KCK terrorçuları Vesile Duran və Dilan Öklü zərərsizləşdirib.
Ronahi Dilhvin kod adlı Vesile Duran 2014-cü ildə PKK/KCK sıralarına qoşulub. O, 2015-ci ildə Şimali İraqa köçüb və silahlı/ideoloji təlim aldıqdan sonra sözügedən bölgədə fəaliyyət göstərib. Daha sonra Hakurkda əməliyyat bölgəsində fəaliyyət göstərməyə başlayıb.
Arin Tolhildankod adı olan Dilan Öklü 2014-cü ildə cəmi 15 yaşında olarkən təşkilata alınıb. Şimali İraqda məcburi silahlı/ideoloji təlimə məruz qalıb.
2019-cu ildə zərərsizləşdirilən PKK/KCK üzvü Tolhildan Zevki kodlu Vedat ÖKLÜ-nün də bacısı olduğu bildirilən Dilan ÖKLÜ zərərsizləşdirilmədən əvvəl Hakurk bölgəsində fəaliyyət göstərirdi.
Medianews.az