Rusiyanın Volqoqrad vilayətində “Kazan-Adler” marşrutu üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, hadisə nəticəsində sərnişinlər arasında 20-dən yaralının olduğu bildirilib.
Onlar təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.
Şahidlərin dediyinə görə, hadisəyə səbəb “Kamaz” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında hərəkətə davam edərək, qatarın yoluna çıxması olub.