RU

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri sabah görüşəcək – Yenilənib

13:06

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr – Serdar Kılıç və Ruben Rubinyanın görüşəcəyini təsdiqləyib.

Bu barədə Ermənistan XİN-in sözçüsü “X” hesabında bildirib.

“İyulun 30-da Ermənistan-Türkiyə sərhədində Xüsusi Nümayəndələrin beşinci görüşü baş tutacaq”, paylaşımda qeyd olunub.

***

12:52

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr – Serdar Kılıç və Ruben Rubinyan sabah Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundunu keçirəcək.

Bu barədə türkiyəli jurnalist Sena Alkan məlumat yayıb.

O qeyd edib ki, görüş səhər Ermənistan, günorta isə Türkiyə tərəfində baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
9
banker.az

10Источники