Bu həftə ABŞ Senatının Təxsisatlar Komitəsi bir sıra tədbirləri, o cümlədən Ermənistana 65 milyon dollar yardımı nəzərdə tutan 2025-ci maliyyə ili üçün “Xarici əməliyyatlar haqqında” qanun layihəsini təsdiqləyib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Amerika Erməni Assambleyası məlumat yayıb.
“Biz Senatın Təxsisatlar Komitəsindən erməni xalqının dəstəyini alqışlayırıq”, - Assambleyanın Konqreslə Əlaqələr üzrə direktoru Mariam Haloyan bildirib. Assambleya bildirib ki, müharibədən sonra Ermənistana ən azı 65 milyon dollar yardım edilməsi çox lazımdır.