“Saraqoza”nın müdafiəçisi Alexandro Fransis karyerasını “Jirona”da davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə “ağ-qırmızılılar”ın rəsmi saytı məlumat yayıb. Bildirilir ki, transfer məbləği 3,5 milyon avro olub. Müqavilə 30 iyun 2029-cu il tarixinədək imzalanıb. Qeyd edək ki, 21 yaşlı mərkəz müdafiəçisi “Saraqoza”nın yetirməsidir. O, heç vaxt başqa klubda çıxış etməyib. Fransis “araqonlular”ın heyətində 127 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта