RU

“Analiz etdik, bunu bildik, onları oradan “vurduq”

“Zirə”nin yarımmüdafiəçisi Ceyhun Nuriyev Konfrans Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “DAK 1904”ü 4:0 hesabı ilə məğlub etdikləri oyun haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, oyundan əvvəl bu cür hesablı qələbəni gözləmədiklərini bildirib:

“Amma matçın gedişatında, birinci qoldan sonra görünürdü ki, daha çox qol vura bilərik. Fasilədə də danışdıq, dayanmadıq.

İkinci hissəyə də hücumla başladıq. Rəqibdə yetərincə boşluqlar var idi.

Bunu oyunun gedişatında da gördük. Oyundan əvvəl onları analiz etmişdik.

Analiz etdiyimiz kimi də çıxdı. Yəni boşluqları bilirdik, ona görə də rəqibi oradan “vurduq”.

İlk turun yalnız 50 faizini həll etmişik. Qalan 50 faizi hələ Slovakiyadadır.

Ehtiyatlı yanaşırıq. Bu, futboldur, hər şey ola bilər. Qətiyyən arxayınlaşmaq olmaz”.

Избранный
57
sportinfo.az

1Источники