RU

Bu gün 5 idmançımız mübarizəyə başlayır - Paris-2024

style='margin-bottom:10px;'>

Azərbaycanın daha beş idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq.

QOL.az xəbər verir ki, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra H qrupunda He Bin Çzyao (Çin) ilə üz-üzə gələcək. Batminton yarışları Bakı vaxtı ilə saat 10:30-da başlanacaq

Saat 12:00-da isə cüdo yarışlarl start götürür.

Cüdoçulardan Balabəy Ağayev (60 kq) mübarizəyə 1/8 finaldan başlayacaq. O, Simon Zulu (Zambiya) - Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə qarşılaşacaq. Qadın cüdoçumuz Leyla Əliyeva 1/16 finalda Xalimajon Kurbanova (Özbəkistan) ilə görüşəcək.

Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada təsnifat mərhələsində yarışacaq. 33 idmançı start xəttinə çıxacaq, onlardan 8-i finala yüksələcək. (Saat 12:30)

Akademik avarçəkmədə isə Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində yarışacaq (13:00)..

Qeyd edək ki, Paris-2024 -ə avqustun 11-də yekun vurulacaq.

Xatırladaq ki, Azərbaycan Yay Olimpiya Oyunlarında 48 idmançı ilə təmsil olunur. 

Избранный
8
50
teleqraf.com

10Источники