ABŞ-də “Hantavirus infeksiyası” adlı siçanların yaydığı xəstəlikdən bir il ərzində 4 nəfər həyatını itirib.
Moderator.az Demokrat.az-a istinadən xəbər verir ki, normalda ildə 30 yoluxma hadisəsi qeydə alınsa da, bu il bəzi bölgələrdə artım olub.
Belə ki, virus xəstələrin 38 faizini öldürür və gəmiricilərin nəcisi ilə ötürülür.
Virus üçün xüsusi müalicə və ya peyvənd yoxdur.