RU

Yomiuri: Yaponiya ABŞ-a tədarük üçün PAC-3 raketlərinin istehsalını gücləndirir

Yaponiya və ABŞ hökumətləri PAC-3 raketlərinin sonradan ABŞ-a ixracı üçün Yaponiya ərazisində istehsalını intensivləşdirmək qərarına gəliblər. 

Valyuta.az xəbər verir ki, bu barədə Yomiuri qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, müvafiq sazişin iyulun 28-də xarici siyasət və müdafiə nazirliklərinin rəhbərləri arasında “iki + iki” formatında keçiriləcək danışıqlarından sonra rəsmən elan edilməsi planlaşdırılır. Qeyd olunur ki, Yaponiya hazırda ölkənin Özünümüdafiə Qüvvələrinin ehtiyacları üçün ildə 30-a yaxın PAC-3 raketi istehsal edir, lakin yaxın bir neçə ildə bu raketlərin istehsalının sonradan ABŞ-a ixracı üçün artırılması planlaşdırılır.

Yaponiya tərəfinə AMRAAM raketlərinin istehsalı üçün lisenziyanın verilməsi variantı da nəzərdən keçirilir. Vurğulanır ki, bütün bu addımlar ABŞ-da Ukraynaya tədarüklər hesabına xeyli azalan raket ehtiyatlarının artırılmasına yönəlib.

Yaponiya və ABŞ arasında “iki + iki” formatında danışıqlar iyulun 28-də Tokioda keçiriləcək. 

Nicat

Избранный
11
valyuta.az

1Источники