Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovla görüşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Tərəflər Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyətini, strateji müttəfiqlik əlaqələrini və müdafiə sahəsində əməkdaşlığın yeni imkanlarını müzakirə ediblər.