RU

Azərbaycanda ilk dəfə RPA Community yaradıldı (FOTO)

Bakı. Trend:

Azərbaycanın aparıcı şirkətləri olan ABB, Azercell, BankRespublika, Kapital Bank, PAŞA Bank, PAŞA Həyat, PAŞA Holding, PAŞASığorta, Rabitəbank və Unibank’ın birgə təşəbbüsü ilə RPA Communityyaradıldı. Bu icma ölkəmizdə Robotik ProseslərinAvtomatlaşdırılması (RPA) sahəsinə əhəmiyyətli töhfə verməklərəqəmsal transformasiyanı təşviq etmək və şirkətlər arasındaəməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Bu çərçivədə 15 iyul tarixində RPA Community iştirakçılarınınilk görüşü baş tutdu. Müxtəlif şirkətlərdən olan iştirakçılarproseslərin avtomatlaşdırılmasında RPA-nın tətbiqi, səmərəliliyinartırılması strategiyaları və əməliyyat xərclərinin azaldılmasıüsullarını müzakirə edərək öz təcrübələrini paylaşmaq üçün biraraya gəldilər. Həmçinin görüşdə PAŞA Həyat şirkətinin əməkdaşlarışirkətdə tətbiq olunan proses və RPA haqda təqdimat etdilər.

Məlumat verək ki, RPA müəssisələrə proqram robotlarındanistifadə edərək gündəlik və təkrarlanan tapşırıqlarıavtomatlaşdırmağa imkan verən texnologiyadır. Bu botlar sadəməlumatların daxil edilməsi işlərindən tutmuş mürəkkəb proseslərinəqədər bir çox işi insan müdaxiləsi olmadan yerinə yetirmək üçüninsan hərəkətlərini təqlid edə bilər. RPA alətləri tətbiqlər,sistemlər və məlumatlar ilə insanlara bənzər şəkildə, lakin dahayüksək sürət, dəqiqlik və ardıcıllıqla qarşılıqlı əlaqə yaratmaqüçün nəzərdə tutulmuşdur.

Tədbirin sonunda iştirakçılar arasında geniş netvörkinq vəəlaqələrin ötürülməsi təşkil olundu və gələcəkdə daha çox belətədbirlərin keçiriləcəyi bildirildi. Qeyd edək ki, bu təşəbbüs,Azərbaycanda RPA texnologiyasının yayılmasına və bu sahədə yeniimkanların yaradılmasına əhəmiyyətli bir töhfə verəcəkdir.

PAŞA Həyat şirkəti RPA Community’nin ilk görüş tədbirinitəşkil edərək RPA Community yardılmasında təşəbbüskar addımatmışdır.

Bu birliyə qoşulmaq üçün RPA Communyti’nin sosial şəbəkəsəhifələrini izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/profile.php?id=61562337032890

Instagram: https://www.instagram.com/rpacommunity.aze/

Linkedin: https://www.linkedin.com/company/104562182/admin/dashboard/

Telegram: https://t.me/rpacommunityazerbaijan

Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Məqalədə:
Избранный
15
5
az.trend.az

6Источники