RU

“...yeni klubu “Qarabağ”dan başqası olmayacaq” – Mahir üçün Almaniya və Azərbaycan gözləntisi

Millimizin hücumçusu Mahir Emreli uzun müddətdi “Dinamo”da düşdüyü çətin durumdan çıxış yolu axtarır.

“Football-plus.az” xəbər verir ki, bu barədə “Germanijak” nəşri məlumat yayıb. Xorvatiyalı həmkarlarımızın iddiasına görə, Zaqreb təmsilçisinin heyətində futbolçuya yer yoxdu:

“O, tezliklə özünə yeni klub tapmalıdı. Hələ ki ən real variant Almaniyanın 2-ci bundesliqa təmsilçisi “Nürnberq”di. Mahir ötən həftə bu komandanın düşərgəsinə yollandı və tibbi baxışdan keçdi. Çoxu müqavilənin imzalanacağını gözləsə də, son anda açıq-aydın nəsə baş verdi və proses dayandı. İndi Emreli gözləyir. Nəyi? Bu hələ bilinmir. “Sabah”ın baş məşqçisi Krunoslav Renduliçə isə “yox” dedi. Hücumçu Azərbaycana qayıtsa, yeni klubu “Qarabağ”dan başqası olmayacaq. Çünki özü bu halda təkcə “Qarabağ” haqda düşünür. Düzdü, Əlcəzair klublarından da təklif alıb. Amma ora yollanmaq istəmir. Futbolçunun “Qarabağ” və “Nürnberq” kimi seçimləri varkən, başqa təklifləri dəyərləndirmək istəməməsi anlaşılandı. Mahir yalnız Almaniya klubuyla anlaşa bilməyəcəyi təqdirdə digər komandalara üz tutmaq istəyir”.

KƏNAN BAHADIR
Избранный
70
30
football-plus.az

10Источники