RU

Namibiya 33 ölkəyə viza tələbi qoydu – Siyahıda Azərbaycan da var

Cənubi Afrika dövləti olan Namibiya ABŞ, Böyük Britaniya və Avropa İttifaqı (Aİ) ölkələri də daxil olmaqla 33 ölkənin vətəndaşlarına viza tələbi tətbiq edib.

KONKRET.az xəbər verir ki, Namibiyanın daxili işlər nazirinin müavini Lucia Uitbooy mətbuata verdiyi açıqlamada bildirib ki, viza tələbi 1 aprel 2025-ci il tarixindən etibarən həyata keçiriləcək.

Bu ölkələrin hamısının hazırda Namibiya vətəndaşlarına viza tətbiq etdiyini qeyd edən Uitbooy vurğulayıb ki, “33 ildir viza liberallaşdırması ilə bağlı yaxşı niyyətimizə heç bir ölkə cavab vermədi. Yaxşı niyyətimizin niyə görməzlikdən gəldiyi isə bilinmir”

Ölkə mətbuatında yer alan xəbərə görə, ölkənin ən mühüm gəlir mənbələrindən birini təşkil edən turizm sektorunun nümayəndələri hökumətin bu qərarına reaksiya veriblər.

Namib səhrası və Etoşa Milli Parkı kimi təbii gözəllikləri ilə seçilən Namibiyaya ən çox Qərb ölkələrindən turistlər gəlir.

Türkiyə və Namibiya hazırda qarşılıqlı viza tələbləri tətbiq edirlər.

Digər tərəfdən, yeni tənzimləmə ilə viza müraciəti rüsumu Namibiya dollarının hazırkı məzənnəsi ilə 65 dollardan 86 dollara yüksəlib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Избранный
70
1
konkret.az

3Источники