RU

Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcmi 14% artıb

Bu ilin I yarısında Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14% artaraq 7.8 milyon ton olub.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.

“Son 20 ildə Azərbaycan nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırıb. Geosiyasi vəziyyətin dəyişməsi fonunda Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə, xüsusilə Orta Dəhlizə və Şimal-Cənub dəhlizinə maraq artıb. Biz tərəfdaşlarla birlikdə Orta Dəhlizin zəif tərəflərini müəyyən edilərək aradan qaldırılması üçün intensiv iş aparırıq. Serbiyanın aparıcı logistika şirkətlərini Azərbaycanın tranzit imkanlarından yararlanmağa dəvət edirik”, – deyə o qeyd edib.

Избранный
137
28
banker.az

10Источники