Almaniya Kansleri Olaf Şolts yenidən bu vəzifə üçün namizədliyini irəli sürəcəyini açıqlayıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, 66 yaşlı Şolts bu barədə Berlində mətbuat konfransında danışıb.
Qeyd edək ki, Almaniyada seçkilər 2025-ci ildə keçiriləcək. Sosial-Demokrat Partiyasını təmsil edən O.Şolts 2021-ci ilin dekabrında bu postda Angela Merkeli əvəzləyərək kansler seçilib. Bundan əvvəl isə 3 il ərzində kanslerin müavini və Almaniyanın maliyyə naziri olub.