RU

Qobustan Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq travmatoloji əməliyyatların icrasına başlanılıb

TƏBİB region xəstəxanalarında müasir səhiyyə infrastrukturunun formalaşdırılması, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, xəstəxanaların ən son texnoloji avadanlıqlarla təchiz edilməsi və beləliklə, bir sıra cərrahi əməliyyatların icrası üçün lazımi şəraitin yaradılması istiqamətində tədbirləri davam etdirir.Bu günədək, əsasən, paytaxtdakı ixtisaslaşmış tibb müəssisələrində icra olunan müəyyən mürəkkəb əməliyyatlar artıq region xəstəxanalarında da həyata keçirilir. Bu cür yeniliklərdən daha biri Qobustan Rayon Mərkəzi Xəstəxanasında baş tutub. Tibb müəssisəsində ilk dəfə olaraq travmatoloji əməliyyatların icrasına başlanılıb.Tibb müəssisəsinə müraciət edən Qobustan şəhər sakini 1990-ci il təvəllüdlü pasiyentə sol qamış sümüyünün orta 1/3-nin qapalı sınığı diaqnozu qoyulub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin üzərində qamış sümüyünün metal osteosintezi əməliyyatı icra olunub. Əməliyyat icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.Əməliyyat xəstəxananın travmatoloq-ortoped-cərrahı Fuad Ağayev və həkim-travmotoloq-ortopedi Mirzəzadə Elcan tərəfindən həyata keçirilib.Əməliyyatdan sonra pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir. Pasiyentin vəziyyəti stabil qiymətləndirilir.Rubrika.Az





Facebook-da paylaş

Избранный
71
1
rublika.az

2Источники