Paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır.DİN-in Mətbuat Xidmətindən aia.az-a bildirilib ki, fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.