RU

Əhməd İsmayılov: “2-ci Şuşa Qlobal Media Forumu dünya mediası üçün mühüm platforma rolunu oynayır”

İyulun 22-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunun yekunları ilə bağlı brifinqi keçirilib.

Brifinqdə Əhməd İsmayılov Prezident cənab İlham Əliyevin ikinci dəfə bu tədbirdə iştirak etməsinin Foruma göstərilən böyük diqqətin əyani təsdiqi olduğunu bildirib, ölkə başçısına media ictimaiyyəti adından təşəkkürünü edib.

Forumun artıq ənənəyə çevrildiyini və hər il dünyanın müxtəlif ölkələrindən gələn çoxsaylı qonaqlara ev sahibliyi etdiyini vurğulayan İcraçı direktor builki müzakirə mövzularının əhəmiyyətinə də diqqət çəkərək müasir informasiya mühitində dezinformasiyanın sürətlə yayıldığını və 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində çağdaş dünyada dezinformasiya barədə əhatəli təsəvvürün formalaşdırılması, həmçinin bu problemin səbəb olduğu genişmiqyaslı neqativ nəticələrin təhlili ətrafında geniş fikir mübadiləsi aparıldığını, önəmli mesajlar verildiyini bildirib.

Əhməd İsmayılov diqqətə çatdırıb ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın  ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun iştirak etdiyi 2-ci Şuşa Qlobal Media Forumu dünya mediası üçün mühüm platforma rolunu oynayır və Forum vasitəsilə Şuşadan növbəti dəfə dünyaya önəmli mesajlar verildi.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
155
12
media.gov.az

10Источники