RU

Avtomobillərin icbari sığortası üzrə ödənişlər - 58 MİLYON MANATA ÇATIR

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 79 milyon 641 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 776 min manat və ya 4% çoxdur.

2023-ci ilin yanvar-iyun aylarında bu göstərici 76 milyon 875 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 57 milyon 965 min  manat təşkil edib ki, bu da illik müqayisədə 11 milyon 464 min manat və ya 25% çoxdur.

Əvvəlki ilin eyni dövründə 46 milyon 493 min manat sığorta ödənişləri edilmişdi.

Избранный
63
1
fed.az

10Источники