AZ

Naxçıvanda aktiv obyektlərin vergi daxilolmaları artıb

2024-cü ilin yanvar-mayında Naxçıvanda aktiv obyektlərin vergi daxilolmaları 4,5 milyon manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə və 2,3 milyon manat çoxdur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. 
 
Bu il iyunun 1-nə Naxçıvanda əhali ilə nağd hesablaşmalar aparan aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 5 709-a çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 7,2% çoxdur.
 
2024-cü ilin yanvar-mayında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 535 milyon 488 min 900 manat olub. Bu da ötən ilin göstəricidən 2,2 % çoxdur.
 
2024-cü ilin 3 ayında Naxçıvan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxil olan vergi ötən ilin eyni dövrü ilə müqayisədə 24,8% və ya 9,1 milyon manat artaraq 45,8 milyon manat təşkil edib.
 
2024-cü ilin martın 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 % artaraq 16 935 olub.

2024-cü ilin yanvar-martında Naxçıvanda ümumi daxili məhsul istehsalı (ÜDM) 318 milyon 794 manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur.
 
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
 
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
 
Aygün 
 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
50
anews.az

10Mənbələr