RU

"Ailədaxili ünsiyyət: Kişilər nələrə diqqət etməlidirlər?!” - FOTOLAR

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə 20 iyulda “Çinar Kitab Evi”nin seminar zalında “Ailədaxili ünsiyyət: Kişilər nələrə diqqət etməlidirlər?!” mövzusunda seminar keçirilib.Seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etməkdir.Seminar zamanı ekspertlər - dinşünas Fərid Abdullah və yazar Pərvin Nəsirsoy gender bərabərsizliyinə yol açan səbəblər və ailədaxili ünsiyyətdə kişilərin nələrə diqqət etməli olmasından danışıblar.Seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində baş tutur.

Избранный
44
3
baku.news

5Источники