AZ

“Uşaq tərbiyyəsində ataların rolu” mövzusunda seminar - FOTOLAR

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə  6 iyul tarixində “Çinar Kitab Evi”nin seminar zalında “Uşaq tərbiyyəsində ataların rolu” mövzusunda seminar keçirilib.Seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etməkdir.Seminar zamanı ekspertlər klinik psixoloq Səyyarə Yusubova və dinşünas Fərid Abdullah gender bərabərsizliyinə yol açan səbəblər və uşaq tərbiyyəsində ataların rolu mövzusunda danışıblar.Seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində baş tutur.

Seçilən
50
3
baku.news

5Mənbələr