Qlobal.net report-a istinadla xəbər verir ki, hadisə Hövsan qəsəbəsində 76 nömrəli məktəbin yaxınlığında yerləşən binada qeydə alınıb.
Hadisə yerinə gələn polis əməkdaşları Xosrov Əhmədovu bu əməlindən yayındırmağa çalışıb. Dəfələrlə polisin qanuni tələblərinə və xəbərdarlıqlarına baxmayaraq, X.Əhmədov öz azyaşlı övladını öldürəcəyini bildirib. Polis əməkdaşları azyaşlının həyatını xilas etmək üçün Xosrov Əhmədovu zərərsizləşdirib.
Xosrov Əhmədovun əvvəllər peşəkar idmançı olduğu bildirilib. O, ağırlıqqaldırma üzrə Azərbaycan çempionu olub və bir sıra beynəlxalq yarışlarda iştirak edib.
O, "Beton Xosrov" ləqəbi ilə tanınıb və sosial şəbəkələrdə videogörüntüləri mövcuddur.