RU

Latviya Rusiya ilə sərhəddə “əjdaha dişləri“ yerləşdirir - VİDEO

Latviya Rusiya ilə sərhəddə "əjdaha dişi" adlandırılan müdafiə xətləri çəkməyə başlayıb.

News365.az xəbər verir ki,  bu barədə Avropa Parlamentinin üzvü və Riqanın keçmiş rəhbəri Nil Uşakov özünün Telegram kanalında məlumat yayıb. O, sərhəd zonasında “əjdaha dişləri”ni əks etdirən videonu da dərc edib.

"Zilupe yaxınlığında, Terexovo keçid məntəqəsinin girişində tank əleyhinə istehkam səddləri qoyulur", - siyasətçi qeyd edib.

Bundan əvvəl Polşa, Litva, Latviya və Estoniya Moskvadan gələn hərbi təhdidlərdən və “digər zərərli fəaliyyətlərdən” qorunmaq üçün Avropa İttifaqının Rusiya və Belarusla sərhədi boyunca müdafiə xəttinin çəkilməsinə dəstəy olmağa çağırmışdı.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
79
13
news365.az

10Источники