AZ

Litva kasetli sursatları qadağan edən konvensiyadan ölkənin çıxmasını təsdiqləyib

Litva hökuməti ölkənin Kassetli Silahlara dair Konvensiyadan çıxmasını təsdiqləyib.

 

Oxu24.com xəbər verir  ki, ki, bu barədə qərar hökumətin həftəlik iclasında qəbul edilib.

 

“Hökumət Seymə [parlamentə] Litvanın kassetli sursatları qadağan edən konvensiyada iştirakı ilə bağlı qərarı ləğv etməyi tövsiyə edən qətnamə layihəsi ilə razılaşıb”, - bəyanatda deyilir.

 

Bundan əvvəl Litva prezidentinin ölkənin Kassetli Silahlara dair Konvensiyadan çıxmasının tərəfdarı olduğu bildirilirdi. Xəbərdə deyilir ki, ölkə lideri Litva ordusunun dövlətin müdafiəsi üçün bütün mümkün vasitələrdən, o cümlədən kasetli sursatlardan istifadə edə bilməsini istəyir.

 

Bundan bir qədər əvvəl Litva Seymi (parlamenti) Rusiya ilə mülki, ailə və cinayət işlərində hüquqi yardım və münasibətlər haqqında sazişi denonsasiya etmək qərarına gəlib.

 

Litva bundan əvvəl Rusiya təyyarəsini hava məkanını pozmaqda ittiham etmişdi.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
13
oxu24.com

10Mənbələr