RU

FETÖ-yə qarşı əməliyyat - 73 nəfər saxlanıldı

Türkiyənin 16 rayonunda Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, 4 gün ərzində həyata keçirilən “KISKAÇ-23" adlı əməliyyatlar nəticəsində 73 nəfər saxlanılıb.

“Millətimizin duası və dəstəyi ilə terror təşkilatları və onlarla əlbir olanlara qarşı əməliyyatlarımız qətiyyətlə davam edəcək”, - paylaşımda vurğulanıb.


Müəllif: Teleqraf.com
Избранный
39
13
teleqraf.com

9Источники