RU

Ermənistan sərhədimizi atəşə tutub, “təklif” verdi

Ermənistan yenidən Azərbaycanı atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmi tətbiq etməyə dəvət edib.
 
Bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.
 
Ermənistanın baş nazirinin dəftərxanası vurğulayıb ki, İrəvan sərhəddə gərginliyin yaradılmasına imkan vermək niyyətində deyil və Ermənistanın Baş naziri Nikol Paşinyanın iyunun 15-də verdiyi bəyanatın davamı olaraq, iki ölkənin sərhədindəki atəşkəslə bağlı pozuntu hallarının araşdırılmasına başlamağı təklif edir.
 
Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələri Ordumuzun Kəlbəcər istiqamətində yerləşən mövqelərini atəşə tutub. Vaxtaşırı olaraq sərhəddə təxribat təşkil edən Ermənistanın atəşkəsi pozduqdan sonra “monitorinq” müraciəti sadəcə manipulyasiyadır.
Избранный
58
2
moderator.az

10Источники