RU

Son 6 ayda 8 prokurorluq işçisi cəzalandırılıb

2024-cü ilin birinci yarımilində 8 prokurorluq işçisi cəzalandırılıb.

Korrespondent.az bildirir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən geniş Kollegiya iclasında deyib.

Qeyd edilib ki, 2024-cü ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Məlumata görə, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 3 nəfər vəzifədən azad olunub, 4 nəfərə töhmət və ya şiddətdi töhmət verilib.

Избранный
104
40
korrespondent.az

10Источники