1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyanın Kemerovo vilayətinin Salair şəhərindəki "Magistral" sanatoriyasında zəhərlənən uşaqların sayı 39-a çatıb, bir yetkin şəxsdə də zəhərlənmə əlamətləri aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə istintaq idarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
"Bir gecədə zəhərlənən uşaqların sayı 39-a çatıb. Böyüklərdən də bir nəfərin yardıma ehtiyacı olub", - deyə agentlikdən bildirilib.
Bundan əvvəl "Rospotrebnadzor" (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) məlumat vermişdi ki, zəhərlənmə əlamətləri ilə 35 uşaq həkimə müraciət etdikdən sonra sanitar-epidemioloji araşdırmalara başlanılıb. İlkin məlumata görə, səbəb norovirus infeksiyası olub. İstintaq İdarəsi bununla bağlı cinayət işi açıb.