RU

Maldini Ronaldo ilə Messi arasında seçim etdi

“Milan”ın sabiq müdafiəçisi Paolo Maldini uluz hücumçular – Kristiano Ronaldo və Lionel Messi arasında seçim edib.

Arena.az “Barça Universal” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən Ronaldonu da, Messini də yaxşı tanıyıram. Hər ikisi son illərdə ardıcıl olaraq “Qızıl top”u qazanıblar, amma mənim fikrimcə, “Leo” Kriştianodan üstələyir. Ronaldo yüksək səviyyəli oyunçu və güclü şəxsiyyətdir, amma mən Messiyə üstünlük verirəm”, deyə Maldini vurğulayıb.

Xatırladaq ki, Lionel Messi karyerası ərzində səkkiz “Qızıl top”a layiq görülüb və müvafiq göstərici üzrə mütləq rekordçudur. Ronaldo isə öz növbəsində 5 dəfə “Qızıl top” mükafatını qazanıb.

Xatırladaq ki, Paolo Maldini 2018-ci ilin avqustunda “Milan”ın inkişaf üzrə direktoru təyin edilmiş, bir il sonra isə “rossoneri”nin texniki direktor vəzifəsini almışdı. İtalyan mütəxəssis 2022-ci ildə “Ən yaxşı avropalı idarəçisi” mükafatı ilə təltif edilib. 2023-cü ilin iyununda o, “Milan”ın texniki direktoru vəzifəsini tərk edib.

Избранный
52
5
arena.az

10Источники