RU

Türkiyəli futbolçunun qolu Avro-2024-ün ən yaxşısı seçildi

UEFA Avro-2024-ün ən yaxşı 10 qolunu açıqlayıb.

AzxeberSport xəbər verir ki, ən yaxşı 10 qol əvvəlcə UEFA-nın texniki müşahidəçiləri tərəfindən seçilib, sonra isə internet saytında səsverməyə çıxarılıb. Azarkeşlər Türkiyə millisinin üzvü Mert Müldürün Gürcüstana vurduğu qolu turnirin ən gözəl qolu seçiblər.

İkinci yeri pley-offda Lamin Yamalın Fransaya uzaq məsafədən vurduğu qoldur. Üçüncü sırada isə Türkiyə millisinin digər üzvü Arda Gülerin Gürcüstana vurduğu qol var.

Xatırladaq ki, turnirin finalında İspaniya yığması İngiltərəyə 2:1 hesabı ilə qalib gəlib və Avropa çempionu olub.

Избранный
66
4
azxebersport.az

5Источники