AZ

Mert Müldürün qolu Avro-2024-ün ən yaxşısı seçildi - Video

style='margin-bottom:10px;'>

UEFA Avro-2024-ün ən yaxşı 10 qolunu açıqlayıb.

QOL.az xəbər verir ki, ən yaxşı 10 qol əvvəlcə UEFA-nın texniki müşahidəçiləri tərəfindən seçilib, sonra isə internet saytında səsverməyə çıxarılıb. Azarkeşlər Türkiyə millisinin üzvü Mert Müldürün Gürcüstana vurduğu qolu turnirin ən gözəl qolu seçiblər.

İkinci yeri pley-offda Lamin Yamalın Fransaya uzaq məsafədən vurduğu qoldur. Üçüncü sırada isə digər türk, yarımmüdafiəçi Arda Gülerin Gürcüstana vurduğu qol var.

Xatırladaq ki, İspaniya yığması ingilislərə 2:1 hesabı ilə qalib gələrək Avropa çempionu olub.

Seçilən
57
4
teleqraf.com

5Mənbələr