RU

Fransanın bu şəhəri QARIŞDI: 10-a yaxın yaralı var

Fransanın La Roşel şəhərində fermerlərin etiraz aksiyası zamanı 9 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə BFMTV prokurorluğun məlumatlarına istinadla məlumat yayıb.

Yaralananlar arasında beş etirazçı və dörd polis əməkdaşı var. Hüquq-mühafizə orqanlarının 3 əməkdaşı molotov kokteylindən yüngül yanıq xəsarətləri alıb, digəri isə çiynindən xəsarət alıb.

Etirazlarda 6 minə yaxın insan kənd təsərrüfatı biznesində inhisarçı şirkətlərin “meqa hovuzlar” tikməsinə qarşı çıxıb. Polisin məlumatına görə, 500-ə yaxın etirazçı üzvləri yerli supermarketi dağıdan “Qara blok” radikal qruplaşmasına mənsub olub. Yeddi etirazçı saxlanılıb.

Избранный
84
1
publika.az

10Источники